Hud Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Gəmi) onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə (gəmiyə )min, kafirlərdən olma!”
Bünyadov-Məmmədəliyev:
Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
Elmir Quliyev :
Ковчег поплыл с ними по волнам, подобным горам, и Нух (Ной) воззвал к своему сыну, который одиноко стоял в стороне: "Сын мой! Садись с нами и не оставайся с неверующими".
Ələddin Sultanov:
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna (Kənana): “Oğlum, bizimlə birlikdə (gəmiyə) min kafirlərlə birlikdə olma!” - deyə səsləndi. (Həzrət Nuhun oğlu Kənan iman gətirməmiş atası möminləri gəmiyə mindirərkən o, minməkdən imtina etmişdi. Həzrət Nuhun digər oğulları olan Ham, Sam Yafəs isə iman gətirmiş gəmiyə minmişdilər.)
Kerbelayi Malik ağa:
O (gəmi) onlarla dağ kimi dalğalar içində üzürdü. Nuh (ə.s) kənarda duran oğluna səsləndi: ‘Ey oğlum, bizimlə birlikdə min kafirlərlə birlikdə olma!’
Ələsgər Musayev:
O, dağ boyda dalğalar arasında hərəkət edirdi. Nuh oğlunu çağırdı, hansı ki, uzaqda idi: «Ay oğlum, gəl bizimlə gəmiyə süvar ol kafirlərlə olma!»
A.Mehdiyev və D.Cəfərli:
həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min kafirlərlə olma!»
Kövsər Tağıyev:
Gəmi dağlar kimi dalğalar arasında onları aparırdı. Nuh aralıda olan oğluna: “Oğlum, bizimlə bərabər sən min, inkarçılarla bir olma”, deyə səsləndi.
M.Qənioğlu və T.Bilaloğlu:
O [gəmi] onları dağlara bənzər içərisində apararkən Nuh səslədi: Ey oğlum, gəl bizimlə (gəmiyə) min, kafirlərlə olma!"
Sabirə Dünyamalıyeva:
gəmilər dağlar kimi; sapsağlam, yıxılmadan, yıpranmadan onlarla, dalğalar içində axıb gedirdi. Nuh ayrı bir yerə çəkilən oğluna səsləndi: "Oğlum! Bizimlə birgə min, kafirlərlə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərlə] birgə olma!"