Əlixan Musayev:
(Onlar) səbrli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir.
Bünyadov-Məmmədəliyev:
(O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!
Elmir Quliyev
:
Это — те, которые проявляют терпение и уповают только на своего Господа.
Ələddin Sultanov:
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir. (Yuxarıdakı iki ayədə xəbər verilən kimsələr, başda Həzrət Peyğəmbər (s.ə.s.) olmaqla Qüreyşlilərin zülmündən qaçaraq hicrət edənlərdir. Həqiqətən də, hicrətdən sonra Allah-Təala onlara din və dünya baxımından gözəl bir həyat bəxş etmişdir.)
Kerbelayi Malik ağa:
Onlar səbir edərlər və Rəblərinə təvəkkül edərlər.
Ələsgər Musayev:
o kəslər ki, səbr edirlər və öz
Rəblərinə təvəkkül edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəslər ki, səbr etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər.
Kövsər Tağıyev:
Onlar səbir edən və yalnız Rəblərinə təvəkkül edən kimsələrdir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər ki, onlar səbirli olub öz Rəbbinə təvəkkül edirlər.
Sabirə Dünyamalıyeva:
Biz onları, səbr edən və işin nəticəsini yalnız Rəbbinə həvalə edən o kəsləri bu dünyada gözəl bir yerdə sakin edəcəyik.