Kəhf Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!”
Bünyadov-Məmmədəliyev:
Beləliklə, (gecə göydən gələn bir ildırım vasitəsilə) onun (bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb bağa) qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O (qarşısındakı mənzərəyə baxaraq): “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” deyirdi.
Elmir Quliyev :
Его плоды погибли, и он стал ударять себя по рукам, сожалея о том, что он потратил на виноградник, ветви которого упали на трельяжи. Он сказал: "Лучше бы я никого не приобщал в сотоварищи к моему Господу!"
Ələddin Sultanov:
Beləcə, onun məhsulu tələf edildi. O, qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. (Bağın) talvarları da çökmüşdü. O isə: “Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” - deyirdi.
Kerbelayi Malik ağa:
Beləliklə onun məhsulları məhv edildi. Çardaqları üzərinə yıxılmış halda idi. Orada sərf etdiyi (əmək pul) üçün əllərini ovuşdurur ‘Kaş ki, mən Rəbbimə (heç) bir şeylə şirk qoşmasaydım.’ deyirdi.
Ələsgər Musayev:
Bəla o bağın məhsulunu əhatə etdi bağ sahibi sübh etdi o halda ki, həsrətlə çəkdiyi xərcə görə əllərini bir-birinə vururdu onların hamısı yanıb tökülmüşdü deyirdi: «Ay kaş, Rəbbimə bir kəsi şərik qoşmayaydım!»
A.Mehdiyev və D.Cəfərli:
(Nəhayət o, qəzəbə düçar oldu) meyvələri məhv oldu. Beləliklə, bağın divarları tənək çardaqlarının üstünə uçmuş halda, onun yolunda xərclədiklərinə görə (təəssüfdən) ovuclarını ovuşdurur (elə hey) deyirdi: «Kaş heç kəsi öz Rəbbimə şərik qoşmayaydım (vay olsun mənə ki, qəflət üzündən özümü zahiri səbəbləri Allahdan daha təsirli hesab etdim)!»
Kövsər Tağıyev:
Beləliklə, onun bütün məhsulu tələf edildi. Çardaqları üstünə çökmüş haldakı bağı üçün çəkdiyi xərcə görə (heyifsilənib) əllərini ovuşdurur belə deyirdi: “Kaş ki, Rəbbimə heç kimi şərik qoşmayaydım”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun (bağının) məhsulları tələf edildi. O, oraya qoyduğu xərclərə görə (peşimançılıqdan) əllərini yelləməyə başladı. Tənəklər (uçmuş) talvarların üstünə tökülmüşdü. O dedi: “Kaş öz Rəbbimə heç kimi şərik qoşmayaydım!
Sabirə Dünyamalıyeva:
iki bağ sahibi olan o adam, sərvəti ilə [birgə] mühasirə altına alındı/tələf edildi. Belə olduqda, bağında etdiyi xərclərə görə əllərini ovuşturmağa başladı. Bağ, talvarların üzərinə çöküb qalmışdı, o da: "Ah, olaydı, Rəbbimə heç bir şeyi şərik qoşmayaydım" deyirdi.