Ənbiya Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Sizi gecə də, gündüz sizi ər-Rəhmandan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər.
Bünyadov-Məmmədəliyev:
De: “Sizi gecə (yatdığınız vaxt) gündüz (gəzib dolandığınız zaman) Rəhmandan (Rəhmanın əzabından) kim qurtara bilər?” Amma onlar Rəbbinin öyüd-nəsihətindən (Qurandan) üz döndərdilər.
Elmir Quliyev :
Скажи: "Кто способен защитить вас от Милостивого днем или ночью?" Но они отворачиваются от поминания своего Господа.
Ələddin Sultanov:
De: “Gecə-gündüz Rəhmandan sizi kim qoruyacaq?” Xeyr, onlar Rəbbinin Kitabından üz döndərirlər.
Kerbelayi Malik ağa:
‘Sizi gündüz gecə Rəhmandan (Allahın əzabından) kim qoruyar?’ de. Xeyr, onlar Rəblərinin zikrindən üz çevirənlərdir.
Ələsgər Musayev:
De: «Kim qoruyur sizi gecə gündüzdə Rəhmandan?» Bəli, onlar öz Rəblərinin zikrindən üz çevirirlər!
A.Mehdiyev və D.Cəfərli:
De: «(Əgər O, sizə əzab vermək istəsə) sizi Rəhman olan Allah(ın əzabın)dan gecə gündüz kim qoruyar?» (Xeyr, onlar qəflətdən ayılmırlar,) əksinə, onlar Rəbblərini yada salmaqdan tamamilə üz döndərirlər.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “(Sizə əzab gəlsə,) gecə gündüz Rəhmanın əzabından sizi kim qoruyacaq?” Amma onlar Rəblərinin zikrindən üz çevirirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Kim sizi gecə-gündüz mərhəmətli Allahdan qoruyacaq?” Onlar öz Rəbbinin xəbərdarlığından, öyüd-nəsihətindən üz döndərdilər.
Sabirə Dünyamalıyeva:
De ki: "Gecə gündüz vaxtı sizi Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] kim qoruya bilər?" Əslində onlar, Rəblərini yada salmaqdan, Onun öyüdündən üz döndərənlərdir.