Əlixan Musayev:
Əgər səni yalançı saysalar, (bil ki,) səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da (elçiləri) yalançı saymışdı.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi.
Elmir Quliyev
:
Если они сочтут тебя лжецом, то ведь еще раньше пророков считали лжецами народ Нуха (Ноя), адиты, самудяне,
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Əgər səni yalanlayırlarsa, (bil ki,) onlardan əvvəl Nuh, Ad və Səmud qövmləri də (peyğəmbərlərini) yalanlamışdılar.
Kerbelayi Malik ağa:
Əgər səni yalanlayırlarsa (bil ki), onlardan əvvəl Nuh, Ad və Səmud qövmü də (peyğəmbərlərini) yalanlamışdılar.
Ələsgər Musayev:
Əgər yalançı saydılar səni, fəqət yalan saymışdı
onlardan qabaq qoumu Nuhun və Ad və Səmud
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Əgər səni təkzib etsələr (bu təəccüblü deyil, çünki) onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad və (Salehin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
Kövsər Tağıyev:
Ey Muhamməd! Əgər səni yalançılıqda ittiham edərlərsə, bil ki, onlardan əvvəl Nuh, Ad və Səmud qövmləri də (öz peyğəmbərlərini) təkzib etmişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səni yalançı hesab edərlərsə, (bil ki,) onlardan əvvəl Nuhun camaatı, Ad, Səmud tayfaları da (peyğəmbərləri) yalançı hesab ediblər.
Sabirə Dünyamalıyeva:
Və əgər onlar səni təkzib edirlərsə, bil ki, onlardan əvvəl Nuhun qövmü, Ad, Səmud,