Nəml Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş biz müsəlman olmuşuq!”
Bünyadov-Məmmədəliyev:
(Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” deyildi. O da: “Sanki odur!” deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) “Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq!”
Elmir Quliyev :
Когда она прибыла, ей сказали: "Таков ли твой трон?" Она сказала: "Будто это он и есть". Сулейман (Соломон) сказал: "Знание было даровано нам раньше, чем ей, и мы являемся мусульманами".
Ələddin Sultanov:
O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” - deyildi. O da: “Sanki odur!” dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş biz (Allaha) təslim olmuşuq!”
Kerbelayi Malik ağa:
Beləliklə gəldiyi zaman ona: ‘Sənin taxtın bunun kimidirmi (belədirmi)?’ deyildi. (Səba Məlikəsi): ‘Sanki odur.’ dedi. (Süleyman ə.s): ‘Elm bizə ondan əvvəl verildi. Biz müsəlmanlar (Allaha təslim olanlar) olduq.’
Ələsgər Musayev:
Amma elə ki, gəldi, dedilər ona: «Ə, sənin ərşin belədirmi?» Dedi: «Sanki odur. Bundan qabaq əta olundu bizə elm biz, təslim olanlar olduq».
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, (Səba mələkəsi) gəldi, deyildi: «Sənin taxtın da belədirmi Dedi: «Sanki, özüdür. Bundan öncə bizə (Süleymanın qüdrəti haqda) elm verilmişdir biz təslim olanlardan idik».
Kövsər Tağıyev:
Bəlqis gəldikdə: “Sənin taxtın belədirmi?” deyildi. O isə: “Sanki odur. Lakin daha əvvəl bizə bilik verilmişdi biz təslimiyyət göstərmişdik”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bilqeys gələndə ona dedilər: "Sənin taxt-tacın belədirmi? O dedi: "Deyəsən odur. Axı hələ bu möcüzədən əvvəl bizə bilik bəxş olundu biz itaətə girənlərdən olduq."
Sabirə Dünyamalıyeva:
Mələkə gəldikdə, "Sənin taxtın belədirmi?" dedilər. Mələkə: "Elə bil, bu odur. bizə ondan əvvəl elm verilmiş biz müsəlman olmuşduq."