Ənam Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səndən əvvəl ümmətlərə (elçilər) göndərmişdik. Biz onları sıxıntıya xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.
Bünyadov-Məmmədəliyev:
Səndən əvvəl ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.
Elmir Quliyev :
Мы уже отправляли посланников к народам до тебя. Мы подвергали их нищете и недугам, дабы они стали смиренными.
Ələddin Sultanov:
Həqiqətən, səndən əvvəlki ümmətlərə elçilər göndərdik, (Allaha) boyun əysinlər deyə onları kasıblığa xəstəliyə düçar etdik.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz səndən əvvəl ümmətlərə (rəsullar) göndərdik. O zaman onları da sıxıntıya darlığa uğratdıq, beləcə yalvararlar deyə.
Ələsgər Musayev:
Əlbəttə, göndərdik ümmətlərə səndən qabaq tutduq onları basqı zərərlə, ola ki, onlar çəkinələr.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq kasıblığa, xəstəlik cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr yalvarıb-yaxaralar.
Kövsər Tağıyev:
And olsun, səndən əvvəl bəzi ümmətlərə peyğəmbərlər göndərdik. (Peyğəmbərlərinə qulaq asmadılar.) Sonda yalvarsınlar, tövbə etsinlər deyə onları şiddətli yoxsulluq məhrumiyyətə düçar etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səndən əvvəlki xalqlara da peyğəmbərlər göndərmişdik. O adamları çətinliyə əziyyətə salmışdıq ki, bəlkə itaətə girməyə özləri yalvaralar.
Sabirə Dünyamalıyeva:
and olsun ki, səndən əvvəl başçısı olan tayfalara elçilər göndərdik onları yalvarsınlar deyə dözülməz çətinlik; yoxsulluq əziyyətlərlə əhatə etdik.