Tövbə Surəsi 42. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər səfəriniz gəlir gətirən yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir.
Bünyadov-Məmmədəliyev:
Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.
Elmir Quliyev :
Если бы их ожидали близкая нажива и легкая дорога, то они последовали бы за тобой. Но расстояние показалось им дальним, и они будут клясться Аллахом: "Если бы мы могли, то непременно отправились бы с вами". Они губят себя, и Аллах знает, что они являются лжецами.
Ələddin Sultanov:
Əgər o, asan əldə olunan dünya malı orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
Kerbelayi Malik ağa:
Əgər yaxın olan bir dünya malı (qənimət) rahat bir səfər olsaydı, əlbəttə sənə tabe olardılar lakin məşəqqətli (səfər) onlara uzaq gəldi. ‘Əgər gücümüz çatsaydı, əlbəttə sizinlə birlikdə çıxardıq’ deyə Allaha and içəcəklər. Özlərini (nəfslərini) həlak edirlər. Allah onların həqiqətən yalançı olduğunu bilir.
Ələsgər Musayev:
Əgər oldu ərazisi yaxın səfəri qısa, itaət edərdilər sənə. Lakin bu səfər onlar üçün zəhmətli uzaq oldu. Allah ilə and içirlər: «Qüdrətimiz olsaydı, əlbəttə, sizinlə çıxmağa hazır olardıq». Özlərini həlak edirlər Allah bilir ki, həqiqətən, onlar yalançıdırlar!
A.Mehdiyev və D.Cəfərli:
Əgər əl çatan mallar qısa asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr yalanları ilə) həlak edirlər Allah onların yalançı olduqlarını bilir.
Kövsər Tağıyev:
Əgər yaxın bir dünya mənfəəti asan bir səfər olsaydı, (səfərdə iştirak etməyən münafiqlər də) mütləq sənə tabe olardılar. Lakin məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, əlbəttə, sizinlə birlikdə çıxardıq”, deyə Allaha and içəcəklər. Onlar özləri özlərini məhvə sürükləyirlər. Allah bilir ki, onlar, həqiqətən, yalançıdırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər asan əldə edilən bir qazanc yüngül bir səfər olsaydı, onda onlar sənin ardınca gedərdilər. Lakin məşəqqətli yol onlara uzaq gəldi. Onlar Allaha and içəcəklər ki, “Əgər taqətimiz olsaydı, biz sizinlə birlikdə yola çıxardıq!“ Onlar öz-özlərini məhv edirlər Allah bilir ki, onlar yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Əgər səfər, yaxın bir qazanc [vəd edən] asan bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin o çətin onlara uzaq gəldi. Bununla belə, "Bizim gücümüz çatsaydı, həqiqətən sizinlə birgə [səfərə] əlbəttə çıxardıq" deyə Allaha and içəcəklər -[onlar] öz-özlərini həlak olmağa məruz qoyurlar- Allah bilir ki, onlar həqiqətən yalançı kəslərdir.