Əlixan Musayev:
Kafirlər deyirlər: “Sən göndərilmiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsələrin şahid olması yetər”.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər deyilsən!” – deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mömin yəhudi və xaçpərəstlərin, yaxud Qurana bələd olan mömin müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!”
Elmir Quliyev
:
Неверующие говорят: "Ты — не посланник". Скажи: "Достаточно того, что Свидетелем между мною и вами являются Аллах и обладающие знанием о Писании".
Ələddin Sultanov:
Kafirlər: “Sən peyğəmbər deyilsən”, - deyirlər. De ki: “Allah və Kitabı bilənlər (müsəlman olmuş yəhudi və xristianlar) mənimlə sizin aranızda şahid olaraq kifayətdir”.
Kerbelayi Malik ağa:
Kafirlər: ‘Sən göndərilmiş rəsul deyilsən.’ deyərlər. De ki: ‘Allahın və kitabı bilənlərin mənimlə sizin aranızda şahid olması kifayət edər.’
Ələsgər Musayev:
Deyirlər o kəslər ki, kafirdirlər: «Sən mürsəl deyilsən!» De: «Kafidir Allahın şahidliyi mənimlə sizin aranızda və o kəsin ki, onun yanında kitabdan elm var!»
A.Mehdiyev və D.Cəfərli:
Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
Kövsər Tağıyev:
İnkar edənlər: “Sən peyğəmbər deyilsən”, – deyirlər. De ki: “Mənimlə sizin aranızda Allahın və bir də kitabı bilənlərin şahid olması yetər”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər deyərlər: "Sən (Allah tərəfindən) göndərilmiş peyğəmbər deyilsən". De: "Mənimlə sizin aranızda Allahın və Kitab bilicisi olanların şahidliyi kifayətdir".
Sabirə Dünyamalıyeva:
Və küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş] kəslər: "Sən elçi deyilsən" deyirlər. De ki: "Mənimlə sizin aranızda ən yaxşı şahid olaraq Allah və Kitabın elminə malik olan kəs bəs edər."