Əlixan Musayev:
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.
Bünyadov-Məmmədəliyev:
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!
Elmir Quliyev
:
Отец мой! Мне открылось знание, которое не было открыто тебе. Последуй же за мной, и я поведу тебя верным путем.
Ələddin Sultanov:
Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım.
Kerbelayi Malik ağa:
Atacan! Şübhəsiz ki, mənə sənə gəlməyən bir elm gəlmişdir! Elə isə mənə tabe ol. Səni Sirati Səviyyəyə hidayət edim.
Ələsgər Musayev:
Ay ata! Həqiqətən,
gəldi mənə o elmdən ki, sənə gəlməyib və tabe ol mənə,
hidayət edim səni yolun səviyyəlisinə!
A.Mehdiyev və D.Cəfərli:
Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Buna görə də mənə tabe ol, səni doğru yola yönəldim.
Kövsər Tağıyev:
“Atacan! Doğrusu, sənə gəlməyən bir elm mənə gəlmişdir. Mənə tabe ol ki, səni doğru yola yönəldim”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ata, sənə gəlməyən bilik mənə gəlmişdir. Mənim ardımca gəl ki, səni düz yolla aparım.
Sabirə Dünyamalıyeva:
Atacan! Şübhəsiz ki, sənə verilməyən bir məlumat mənə verildi. O halda mənim ardımca gəl ki, sənə doğru bir yol göstərim.