Nur Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. (Allah) göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
Bünyadov-Məmmədəliyev:
Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər.
Elmir Quliyev :
Разве ты не видишь, что Аллах гонит облака, потом соединяет их, потом превращает их в кучу облаков, и ты видишь, как из расщелин ее изливается ливень. Он низвергает град с гор, которые на небе. Он поражает им, кого пожелает, и отвращает его, от кого пожелает. Блеск их молний готов унести зрение.
Ələddin Sultanov:
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar onunla dilədiyinə zərər verər, dilədiyindən onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
Kerbelayi Malik ağa:
Allahın buludları göndərdiyini, sonra onların aralarını birləşdirdiyini, sonra da onları topa halına gətirdiyini görmürsənmi? Beləcə onların arasından yağış çıxartdığını görərsən. Allah səmadan, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Beləcə onunla dilədiyini vurur. Onu dilədiyindən uzaqlaşdırar. Onun şimşəyinin parıltısı az qala gözləri kor kimi edir.
Ələsgər Musayev:
Ə, görmürsənmi, Allah buludları qovur, sonra onları birləşdirir. Sonra edir onu yağış buludu görürsən yağış damcıları onların arasından xaric olur. səmadan dağlar kimi dolu nazil edir onları kimə istəsə, göndərər kimdən istəsə, kənar saxlar.İldırımının işığı az qalır gözlərinin işığını aradan aparsın.
A.Mehdiyev və D.Cəfərli:
Məgər görmürsənmi ki, Allah (müxtəlif istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin.
Kövsər Tağıyev:
Görmürsənmi ki, Allah buludları sürükləyir. Sonra onları birləşdirib üst-üstə yığır. Nəhayət, onların arasından yağmurun yağdığını görərsən. O, göydən, oradakı dağ (kimi bulud)lardan dolu endirər. Onu istədiyinə tuş gətirər, istədiyindən sovuşdurar. Bu buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən Allahın buludların necə qovduğunu, sonra onlan qovuşdurduğunu, sonra isə onları bulud yığını etdiyini görmürsən? Sən onların arasından yağmurun necə çıxdığını görürsən. O, səmadan, oradakı dağabənzər buludlardan dolu yağdırır, istədiyi kəsi ona düçar edir istədiyi kəsi ondan uzaq edir. Onun şimşəyinin parıltısı az qala gözlərin nurunu silib aparır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allahın, buludları qovduğunu, sonra onları bir yerə topladığını, sonra da üst-üstə yığdığını görmədinmi/heç düşünmədinmi? Görürsən ki, onların arasından yağışı çıxarır. O, göydən, içində dolu olan dağ kimi [dağ boyda] buludları endirər istədiyini onun hədəfi halına gətirər, istədiyini ondan uzaq saxlayar. Şimşəyin parıltısı az qala gözləri kor edər!