Furqan Surəsi 43. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır!)
Elmir Quliyev :
Видел ли ты того, кто обожествил свою прихоть? Разве ты являешься его попечителем и хранителем?
Ələddin Sultanov:
Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?
Kerbelayi Malik ağa:
Həvasını ilah etmiş kimsəni gördünmü? Yoxsa sənmi ona vəkil olacaqsan?
Ələsgər Musayev:
Ə, gördünmü o kəsi ki, istəyini özünə ilahi etdi? Ə, onun üzərində sənmi vəkil olacaqsan?
A.Mehdiyev və D.Cəfərli:
Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
Kövsər Tağıyev:
Öz nəfsinin arzusunu özünə tanrı tutanı gördünmü? Ona sənmi vəkil olacaqsan?
M.Qənioğlu və T.Bilaloğlu:
Sən öz həva-həvəsini özünə tanrı etmiş kəsi gördünmü? Məgər sən ona zamin olarsan?
Sabirə Dünyamalıyeva:
Mənfi duyğularını, ehtiraslarını özünə tanrı qəbul edən adamı gördünmü/heç düşündünmü? Yaxşı, sən ona vəkil olursanmı?