Əlixan Musayev:
(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!
Elmir Quliyev
:
Это произошло потому, что они превозносились на земле и замышляли зло. Но злое ухищрение окружает (или поражает) только тех, кто творит зло. Неужели они ожидают чего-либо иного, кроме участи первых поколений? Ты не найдешь замены для установления Аллаха и не найдешь возможности уклониться от установления Аллаха.
Ələddin Sultanov:
Onlar yer üzündə təkəbbürlənir və pis işlər görürdülər. Pis iş yalnız öz sahibini bürüyər. Onlar əvvəlkilərin qanunundan (onlara tətbiq etdiyimizdən) başqasınımı gözləyirlər?! Allahın qanununda heç bir təbəddülat tapa bilməzsən! Allahın qanununda heç bir dəyişiklik də görə bilməzsən!
Kerbelayi Malik ağa:
Yer üzündə təkəbbürləndilər və pis hiylələr qurdular. Halbuki pis hiylələr sahibindən başqasına isabət etməz. Elə isə onlar əvvəlkilərin qanunundan başqasınımı gözləyirlər? Halbuki Allahın qanununda əsla bir təbdil (əvəzlənmə) tapa bilməzsən. Allahın qanununda əsla bir təhvil (dəyişmə) tapa bilməzsən.
Ələsgər Musayev:
ərzdə təkəbbürlüyü və pisliklə
məkr etməyi. Pis məkr ancaq onun əhlini əhatə edir. Onlar
əvvəlkilərin sünnətindən başqa bir şeymi gözləyirlər? Heç vaxt
tapmazsan Allahın sünnəti üçün artırılaraq dəyişiklik! Və heç
bir vaxt tapmazsan Allahın sünnəti üçün əskildilərək dəyişiklik!
A.Mehdiyev və D.Cəfərli:
(Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.
Kövsər Tağıyev:
Yer üzündə təkəbbür göstərmək və məkrli əməl törətmək üçün (belə edirdilər). Halbuki məkrli əməl ancaq öz sahibini yaxalayar. Onlar ancaq əvvəlkilərin başına gələn adəti gözləyirlər. Sən Allahın adətində heç bir dəyişiklik görə bilməzsən. Sən Allahın adətində heç bir pozulma da görə bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu da onların yer üzündə təkəbbürlü olmaları və pis əməllərə qurşanmaları ucbatından idi. Pis əməllərin zərəri isə yalnız onu törədənlərə dəyər. Onlar əvvəlkilərin başına gələnlərdən bir başqasını gözləmirlər. Sən Allahın qayda-qanunlarında heç vaxt bir dəyişiklik tapa bilməzsən. Allahın qayda-qanunlarının yönünün dəyişdiyini də görə bilməzsən.
Sabirə Dünyamalıyeva:
bu, yer üzündə təkəbbür və pis əməlləri ucbatından onların ancaq nifrətini artırdı. Halbuki pis əməl ancaq öz sahibinin ətrafını bürüyər. Belə olan halda, keçmişdəkilərin qanunundan/onlara tətbiq edilənlərdən başqa nə gözləyirlər? Buna görə sən, Allahın qanunlarında qətiyyən bir dəyişiklik görə bilməzsən. Sən, Allahın qanunlarında qətiyyən bir fərq də görə bilməzsən.