Əlixan Musayev:
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların (ayaqları) altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (belə) xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”
Bünyadov-Məmmədəliyev:
Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir.
Elmir Quliyev
:
Мы исторгнем из их сердец злобу, и под ними будут протекать реки. Они скажут: "Хвала Аллаху, Который привел нас к этому! Мы не последовали бы прямым путем, если бы Аллах не наставил нас. И посланники Господа нашего принесли истину". Им будет возвещено: "Вот Рай, который вы унаследовали за то, что совершали".
Ələddin Sultanov:
Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər: “Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri həqiqəti gətirmişdilər”. Onlara: “Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər.
Kerbelayi Malik ağa:
Onların sinələrində (nəfsin qəlbindəki) afətlərindən nə varsa çəkib aldıq. Onların ayaqlarının altından çaylar axar. ‘Bizi buna hidayət edən Allaha həmd olsun. Allah bizi hidayətə ərdirməsəydi, biz hidayətə ərməzdik. And olsun ki, Rəbbimizin rəsulları haqq ilə gəlmişdir.’ dedilər. ‘Əməllərinizə görə varis qılındığınız cənnət budur.’ deyə onlara nida olunar.
Ələsgər Musayev:
Biz çıxardarıq onların ürəklərindən kini. Cari olur altından onların nəhrlər və deyirlər onlar: «Həmd Allah üçündür - Odur ki, hidayət etdi bizi bunun üçün! Biz hidayət olunmazdıq, əgər Allah hidayət etməsəydi bizi. Əlbəttə, gəldi Rəbbimizin elçiləri haqq ilə. Və nida olundu: “Budur sizin üçün cənnət, varis oldunuz ona nə ilə ki, oldunuz əməl edənlər!”»
A.Mehdiyev və D.Cəfərli:
Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər.» Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».
Kövsər Tağıyev:
Biz onların qəlblərindəki kini çıxarıb atdıq. Altlarından da çaylar axar. “Həmd, bizi buna yetişdirən Allaha məxsusdur. Əgər Allah bizə hidayət etməsəydi, biz hidayətə nail olmazdıq. And olsun, Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirmişdir”, – deyərlər. Onlara: “Budur etdiyiniz (yaxşı əməllər) sayəsində varisi olduğunuz cənnət!” – deyə səsləniləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlann ürəklərindəki kin-küdurəti çıxaracağıq. Ayaqları altından çaylar axacaq, özləri isə deyəcəklər "Bizə buraya yol göstərmiş Allaha həmd olsun! Əgər Allah yol göstərməsəydi, biz düz yolla gedən deyildik. Rəbbimizin peyğəmbərləri haqq ilə gəlmişdilər". Onlar "Budur sizin üçün cənnət! Tutduğunuz (xeyir) işlərə görə ona varis oldunuz." - deyə çağırılacaqlar.
Sabirə Dünyamalıyeva:
Və onların köksündə kindən, küdurətdən, qısqanclıqdan, hiylədən, xainlikdən, qərəzdən nə varsa, çıxarıb atarıq. Onların altlarından çaylar axar. Onlar, "Bütün təriflər, bizə bunun üçün yol göstərən Allaha məxsusdur. Əgər Allah bizə yol göstərməsəydi, biz yönləndirildiyimiz düz yola çıxa bilməzdik. Şübhəsiz, Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirmişdilər." deyərlər. Və onlara xitab ediləcək: "Budur, sizə cənnət! Əməlləriniz sayəsində buna varis; axırıncı sahib oldunuz."