Möminun Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər!
Bünyadov-Məmmədəliyev:
Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun!
Elmir Quliyev :
Потом Мы отправляли одного за другим Наших посланников. Каждый раз, когда к какому-либо народу приходил посланник, они нарекали его лжецом. Мы отправляли их одних за другими на погибель и сделали их предметом сказаний. Да сгинут люди неверующие!
Ələddin Sultanov:
Sonra bir-birinin ardınca peyğəmbərlərimizi göndərdik. Hər dəfə bir ümmətə peyğəmbəri gəldiyi zaman onu yalanladılar. Biz onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman gətirməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!
Kerbelayi Malik ağa:
Sonra Biz rəsullarımızı ard-arda (ara vermədən) göndərdik. Hər ümmətə rəsulu gəldiyi zaman hər dəfə onu yalanladılar. Biz onları bir-biri arxasından həlak etdik onları əfsanəyə çevirdik. Artıq mömin olmayan qövm (Allahın rəhmətindən) uzaq olsun.
Ələsgər Musayev:
Sonra rəsullarımızı bir-birinin ardınca göndərdik. Külli ki, gəldi ümmətə onun rəsulu, onu yalançı saydılar Biz məhv etdik bəzilərini bəzisinin ardınca onları hədislər etdik. İnanmayan qoum həlak olacaq!
A.Mehdiyev və D.Cəfərli:
Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz onları bir-birinin ardınca (məhvə) yola saldıq onları (məhv olduqdan sonra dillərdə) hekayət əfsanələr etdik. Buna görə məhv (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!
Kövsər Tağıyev:
Sonra ard-arda peyğəmbərlərimizi göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu təkzib etdilər. Biz onları bir-biri ardınca həlak etdik onların hər birini bir ibrət hekayəsi etdik. Artıq inanmayan bir qövm Allahın rəhmətindən uzaq olsun!
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz Öz peyğəmbərlərimizi bir-birinin ardınca göndərdik. Hər dəfə bir millətə onun peyğəmbəri gələndə onu yalançı hesab etdilər. Biz onları bir-birinin ardınca yola saldıq [məhv etdik] onları rəvayətlər (mövzusu) etdik. Məhv olsun iman gətirməyən adamlarl
Sabirə Dünyamalıyeva:
Sonra Biz bir-birinin ardınca elçilərimizi göndərdik. vaxt bir ümmətə elçi gəlsə, onlar bu elçini təkzib etdilər, Biz onları bir-birinin ardınca göndərdik onları əfsanəyə çevirdik. -Artıq, iman etməyən qövmə məxsusdur uzaqlıq; cəhənnəm olsunlar!-