Furqan Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, (haqq) yoldan onlardan daha çox uzaqlaş­­mışlar.
Bünyadov-Məmmədəliyev:
Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə xeyirlərini, zərərlərini anlayarlar).
Elmir Quliyev :
Или ты полагаешь, что большинство их способны слышать или разуметь? Они всего лишь подобие скотов, но они еще больше сбились с пути.
Ələddin Sultanov:
Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
Kerbelayi Malik ağa:
Yoxsa onların çoxunun eşitdiyini ya beləcə ağıl işlətdiyinimi sanırsan? Onlar yalnız heyvanlar kimidir. Xeyr, onlar yoldan daha çox sapanlardır.
Ələsgər Musayev:
Yoxsa hesab edirsən ki, əksəriyyəti onların eşidəcəklər, ya əql edəcəklər? Həqiqətən onlar ancaq davar kimidirlər. Bəli! Onlar daha da zəlalətdədirlər yoldan.
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
Kövsər Tağıyev:
Yoxsa sən onların çoxunun söz eşidəcəklərini ya düşünəcəklərini hesab edirsən? Onlar heyvanlar kimidir, tutduqları yol etibarilə bəlkə onlardan daha sapqındırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa sən elə hesab edirsən ki, onların əksəriyyəti söz eşidib anlayır? Onlar ancaq heyvanlar kimidirlər, hətta yolu daha çox azıblar.
Sabirə Dünyamalıyeva:
Yoxsa sən elə bilirsən ki, onların çoxu həqiqətən vəhyə qulaq asacaq yaxud ağıllarını işlədəcək? Onlar ancaq heyvanlar kimidir. Əslində tutduqları yola baxılsa, daha çox azğın/çaşqın/alçaqdırlar.