Əlixan Musayev:
Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir xəbərdarlıq edən göndərməmişdik.
Bünyadov-Məmmədəliyev:
Halbuki (Ya Rəsulum!) Biz onlara oxuyacaqları bir kitab verməmiş və səndən əvvəl də özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərməmişdik.
Elmir Quliyev
:
Мы не даровали им Писаний, которые они могли бы изучить, и не посылали к ним до тебя предостерегающего увещевателя.
Ələddin Sultanov:
Halbuki Biz onlara oxuyacaqları bir kitab verməmişdik və səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər göndərməmişdik.
Kerbelayi Malik ağa:
Biz onlara tədris edəcəkləri (oxuyub çalışacaqları) kitablardan vermədik. Səndən əvvəl onlara bir nəzir də (xəbərdarlıq edən peyğəmbər) göndərmədik.
Ələsgər Musayev:
Biz onlara əta etmədik
kitabdan, onlar dərs alardılar ondan və göndərmədik onlara
tərəf səndən qabaq nəzərə çatdırandan.
A.Mehdiyev və D.Cəfərli:
Biz (Qur’andan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).
Kövsər Tağıyev:
Halbuki biz onlara oxuyub öyrənəcəkləri kitablar vermədik. Onlara səndən öncə heç bir xəbərdar edən də göndərmədik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara oxuyub öyrənmələri üçün kitablar vermədik və sənə qədər onlara bir xəbərdarlıq edən, öyüd-nəsihət verən [peyğəmbər] göndərmədik.
Sabirə Dünyamalıyeva:
Və Biz onlara dərs alacaqları o kitablardan vermədik. Onlara səndən əvvəl xəbərdarlıq edən birini göndərməmişik də.