Əlixan Musayev:
Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!
Elmir Quliyev
:
Это — напоминание о тебе и твоем народе (или для тебя и твоего народа), и вы будете спрошены.
Ələddin Sultanov:
Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, O (Quran), sənin və qövmün üçün mütləq bir zikrdir (öyüd-nəsihətdir). Siz (Qurandan) sorğu-sual olunacaqsınız.
Ələsgər Musayev:
Həqiqətən, o yad etmədir sənin üçün və sənin qoumun
üçün və siz sual olunacaqsınız.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, bu (Qur’an) sənin özün və qövmün üçün bir öyüddür və tezliklə (onun barəsində) sorğu-sual ediləcəksiniz.
Kövsər Tağıyev:
Şübhəsiz, bu Qur`an sənə və qövmünə bir öyüd və bir şərəfdir, ondan hesaba çəkiləcəksiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu [Quran] sənin üçün və sənin ümmətin üçün bir öyüddür və (onun barəsində) siz sorğu-suala tutulacaqsınız.
Sabirə Dünyamalıyeva:
Və şübhəsiz ki, sənə vəhy edilən [Quran], sənin üçün də, qövmün üçün də həqiqətən bir öyüd-nəsihətdir/şan-şərəfdir. Siz onun barəsində sorğu-sual ediləcəksiniz.