Əlixan Musayev:
O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
Bünyadov-Məmmədəliyev:
O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür).
Elmir Quliyev
:
В тот день земля разверзнется для них, когда они будут спешить. Нам легко собрать их таким образом.
Ələddin Sultanov:
O gün yer üzü onlar üçün yarılıb açılar və (qəbirlərdən çıxıb carçıya tərəf) sürətlə qaçarlar. Onları bir yerə yığmaq Bizim üçün çox asandır.
Kerbelayi Malik ağa:
O gün yer (torpaq) yarılıb onlardan sürətlə ayrılar (onlar torpaqdan çıxaraq yüksələrlər). Bu həşr etmək (insanları Məhşər Meydanında toplamaq) Bizim üçün asandır.
Ələsgər Musayev:
O gün onda ki, ərz şaqqalanar, onları
sürətli görərsən. Bu toplanma Bizim üçün asandır!
A.Mehdiyev və D.Cəfərli:
Onlar (oradan Allaha doğru) tələsərkən yerin onların üzərindən yarılacağı gün. Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır.
Kövsər Tağıyev:
O gün yer onların üstündən sürətlə yarılıb açılar. Bu, (hesab üçün) bir toplamadır, bizim üçün asandır.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü yer onların (qəbirlərdən) süfətlə çıxması üçün yarılacaqdır. Bu Bizim üçün asan olan yığıb toplamaqdır.
Sabirə Dünyamalıyeva:
O gün yer onlardan sürətlə yarılacaq. Bax bu, ancaq Bizim üçün asan olan bir toplamadır.