Əlixan Musayev:
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qal-dılar.
Bünyadov-Məmmədəliyev:
(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.
Elmir Quliyev
:
Когда они позабыли о том, что им напоминали, Мы распахнули перед ними врата ко всякой вещи. Когда же они возрадовались дарованному, Мы схватили их внезапно, и они пришли в отчаяние!
Ələddin Sultanov:
Onlara edilən xəbərdarlıqları unutduqları zaman (müsibətləri dəf edərək) hər şeyin qapılarını onların üzünə açdıq. Nəhayət, özlərinə verilənlərə görə sevindikləri zaman onları qəflətən (əzabla) yaxaladıq və onlar bütün ümidlərini itirdilər.
Kerbelayi Malik ağa:
Xatırladıldıqları (onunla xəbərdar edildikləri) şeyləri unutduqları zaman, verilən şeylərlə fərəhlənənə (sevinənə) qədər hər şeyin qapısını onlara açdıq. Qəflətən onları yaxaladığımız zaman artıq onlar ümidlərini kəsdilər.
Ələsgər Musayev:
Amma elə ki, unutdular, nə ki, onlara yad edilmişdi, Biz də açdıq onların üzərinə külli şeylərin qapısını. Ta onda ki, fərəhləndilər nə ilə ki, ətadır onlara, yaxaladıq onları qəflətən və onda onlar məyus oldular.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.
Kövsər Tağıyev:
Belə olduqda onlar özlərinə xatırladılanı unutduqları zaman (əvvəlcə) hər şeyin qapılarını onların üzərinə açdıq. Sonra onlara verilənə sevindikləri zaman onları qəfil yaxaladıq, bir anda bütün ümidlərini itirib pərişan oldular.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar edilmiş xəbərdarlığı unutduqları zaman Biz hər şeyin qapılarını üzlərinə açdıq ki, onlara bəxş olunmuş bu nemətlərə sevindikləri vaxt Biz onları qəflətən yaxalayaq və onlar ümidsiz hala düşsünlər.
Sabirə Dünyamalıyeva:
Beləliklə, onlara edilmiş xəbərdarlığı unutduqları zaman, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Belə ki, özlərinə verilən şeylərlə 'sevincə qapılıb təkəbbür göstərdiklərində’, onları qəflətən yaxaladıq. Artıq onlar, ümidlərini itirənlərdən oldular.