Qələm Surəsi 44. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Quranı) yalan sayanları Mənə tapşır. Biz onları özləri bilmədən tədriclə əzaba giriftar edərik.
Elmir Quliyev :
Оставь же Меня с теми, кто считает ложью это повествование. Мы завлечем их так, что они даже не осознают этого.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Sən bu sözü (Quranı) yalanlayanı Mənə həvalə et! Biz onları bilmədikləri bir yöndən yavaş-yavaş əzaba yaxınlaşdırırıq.
Kerbelayi Malik ağa:
Artıq bu sözü yalanlayan kəsləri Mənim öhdəmə burax. Yaxında onları bilmədikləri bir yerdən tədricən (yavaş-yavaş əzaba) yaxınlaşdıracağıq.
Ələsgər Musayev:
Kim bu hədisləri yalan sayırsa, Mənim öhtəmə burax. Biz tədric edərik onları oradan ki, bilməzlər!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə, bu kəlamı (Qur’anı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri bilmədikləri yerdən, tədriclə (əbədi əzaba bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Bu sözü (Qur`anı) inkar edənləri mənə burax! Biz onları bilməyəcəkləri şəkildə addım-addım həlaka yaxınlaşdıracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Məni bu kəlamı [Quranı] yalan hesab edənlərlə tək burax. Biz onları bilmədikləri bir yöndən yavaş-yavaş (əzab içərisinə) salacağıq.
Sabirə Dünyamalıyeva:
Elədirsə, bu sözü/Quranı yalan sayanları Mənim öhdəmə burax! Biz onları bilmədikləri yerdən tutacağıq.