Əlixan Musayev:
Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi?
Bünyadov-Məmmədəliyev:
(Peyğəmbərlərə qarşı) pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar) Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!
Elmir Quliyev
:
Неужели те, которые строят злые козни, не опасаются того, что Аллах заставит землю поглотить их, или мучения постигнут их оттуда, откуда они их не ожидают?
Ələddin Sultanov:
Pislik etmək məqsədilə hiylə quranlar Allahın onları yerə batırmayacağından, yaxud gözləmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyindən əmindirlərmi?
Kerbelayi Malik ağa:
Pisliklər üçün hiylə quranlar Allahın onları yerin dibinə keçirməyəcəyindən və ya əzabın onlara gözləmədikləri bir yerdən gəlməyəcəyindən əmindirlərmi?
Ələsgər Musayev:
Ə, əmindirmi o kəslər ki, məkr edirlər
pisliklə, Allah onları ərzə batırmaya, ya onlara əzab gələ oradan
ki, bilməyələr?
A.Mehdiyev və D.Cəfərli:
Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!
Kövsər Tağıyev:
Pis işlər görmək üçün hiylə quranlar Allahın onları yerə batırmayacağından və ya (qəflətən) bilməyəcəkləri bir yerdən onlara əzabın gəlməyəcəyindən əmin oldular?
M.Qənioğlu və T.Bilaloğlu:
Doğrudanmı hiylə ilə pis əməllər törədənlər onları udmaq üçün Allahın yeri ayırmayacağına və onları heç özləri də bilmədikləri yerdən əzab gəlməyəcəyinə arxayındırlar?
Sabirə Dünyamalıyeva:
Bəs, hiyləgərcə pislikləri planlayanlar; Allahın onları yerə batırmayacağından,