Əlixan Musayev:
De: “Mən sizi ancaq vəhy ilə (qabaqcadan )xəbərdar edirəm”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Mən sizi ancaq vəhy ilə qorxuduram”. Karlar qorxudulduğu zaman çağırışı eşitməzlər!
Elmir Quliyev
:
Скажи: "Я предостерегаю вас посредством откровения". Но глухие не слышат зова, даже когда их предостерегают.
Ələddin Sultanov:
De ki: “Mən sizi yalnız vəhy ilə xəbərdar edirəm. Karlar isə xəbərdar edildikləri zaman bu çağırışı eşitməzlər”.
Kerbelayi Malik ağa:
De ki: ‘Mən sizi yalnız vəhy ilə xəbərdar edirəm.’ Kar olanlar xəbərdar edildikləri zaman dəvəti eşitməzlər.
Ələsgər Musayev:
De: «Mən ancaq nəzərinizə çatdırıram vəhy ilə».
Eşitməzlər karlar çağırışı, onda ki, onların nəzərinə çatdıralar.
A.Mehdiyev və D.Cəfərli:
De: «Mən sizi yalnız vəhy vasitəsi ilə qorxuduram.» Lakin karlar qorxudulduqları zaman dəvəti eşitmirlər.
Kövsər Tağıyev:
De ki: “Mən sizi ancaq vəhylə xəbərdar edirəm”. Amma karlar xəbərdar edildikləri zaman çağırışı eşitməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən sizə ancaq vəhy ilə xəbərdarlıq edirəm". Xəbərdarlıq edilən zaman isə karlar çağrışı eşitməzlər.
Sabirə Dünyamalıyeva:
De ki: "Mən sizə ancaq vəhy ilə xəbərdarlıq edirəm." Xəbərdarlıq edildiyi zaman karlar çağırışa qulaq asmazlar.