Əlixan Musayev:
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!
Elmir Quliyev
:
Читай то, что внушено тебе из Писания, и совершай намаз. Воистину, намаз оберегает от мерзости и предосудительного. Но поминание Аллаха превыше, и Аллах знает о том, что вы творите.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Allahı zikr etmək (namaz) ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir.
Kerbelayi Malik ağa:
Kitabdan sənə vəhy edilən şeyi oxu və namazı qıl. Şübhəsiz ki, namaz pis və çirkin əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, ən böyükdür. Allah etdiyiniz şeyləri bilir.
Ələsgər Musayev:
Tilavat et nə ki, vəhy olunur sənə kitabdan və ayağa qalx islahat üçün. Həqiqətən, islahat fahişəlikdən və bəyənilməyəndən nəhy edər. Allahı yad etmək daha böyükdür və Allah bilir nə etdiyinizi.
A.Mehdiyev və D.Cəfərli:
Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Kitabdan sənə vəhy olunanı oxu, namaz qıl. Çünki namaz insanı həyasızlıqdan və pislikdən çəkindirir. Allahı zikr etmək (olan namaz), əlbəttə, ən böyük ibadətdir. Allah etdiklərinizi bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl, axı namaz qəbahətdən və xoşagəlməz işdən saxlayır. Allahı zikr etmək isə daha böyük işdir. Allah sizin nələr etdiyinizi bilir.
Sabirə Dünyamalıyeva:
Sən, sənə kitabdan vəhy olunanı oxu/izlə və səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yarat-qoru]. Həqiqətən səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumu] həddini aşmaqdan, pisliklərdən çəkindirər. Və Allahın yad edilməsi əlbəttə daha böyükdür. Və Allah, nə etdiyinizi bilir.