Səba Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlardan əvvəlkilər (elçilərimizi) yalançı hesab etmişdilər. Müşriklər onlara verdiklərimizin onda birini belə əldə etməmişlər. Lakin onlar Mənim elçilərimi yalançı saydılar. (Görəydin,) Mənim inkar etməyim necə oldu!
Bünyadov-Məmmədəliyev:
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (öz peyğəmbərlərini) təkzib etmişdilər. Bunlar (Məkkə əhli) onlara verdiklərimizin (mal-dövlətin, qüdrətin, ömrün) onda birinə belə nail olmamışlar. Amma onlar Mənim Peyğəmbərimi yalançı saydılar. (Ya Rəsulum! Bir görəydin) Mənim (onları) inkar etməyim necə oldu! (Peyğəmbərləri inkar etdikləri üçün Mən o kafirləri inkar edib onlara olan nemətimi nifrətlə əvəz etdim, hamısını məhv edib yer üzünü onlardan büsbütün təmizlədim. Bu, Məkkə müşriklərinə bir ibrət dərsi olmalıdır!)
Elmir Quliyev :
Те, которые были до них, сочли лжецами посланников. Они (мекканские многобожники) не получили даже десятой части того, что Мы даровали им, однако они сочли лжецами Моих посланников. Каким же было Мое обличение!
Ələddin Sultanov:
Onlardan əvvəlkilər (peyğəmbərləri) yalanlamışdılar. Bunlar onlara verdiklərimizin onda birinə belə nail olmayıblar. Ancaq onlar da peyğəmbərlərimi yalanlamışdılar. Bəs Mənim onları inkar (məhv) etməyim necə olmuşdu?!
Kerbelayi Malik ağa:
Onlardan əvvəlkilər təkzib etdilər. Onlara verdiyimiz şeylərin onda birinə belə çatmadılar. Buna baxmayaraq rəsullarımızı təkzib etdilər (yalanladılar). Bundan sonra inkarım (cəzam) necə oldu?
Ələsgər Musayev:
Yalan saydılar o kəslər ki, onlardan qabaq var idilər yetişmədilər onlara əta etdiyimizin onda bir hissəsinə yalançı saydılar rəsullarımı. Necə oldu Mənim inkar etməyim?
A.Mehdiyev və D.Cəfərli:
Bunlardan əvvəlkilər (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri ömürlərinin uzunluğu baxımından) onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri kitabın sarsılmazlığı baxımından) bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!
Kövsər Tağıyev:
Onlardan əvvəlkilər təkzib etmişdilər. Halbuki bunlar onlara verdiyimiz şeylərin onda birinə belə nail olmamışdılar. Elçilərimi yalançı saydılar. Bəs məni inkar etməyin nəticəsi necə oldu!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəlkilər yalan hesab etdilər onlar Bizim bəxş etdiklərimizin heç ondan birini belə əldə etmədilər. Onlar Mənim peyğəmbərlərimi yalançı hesab etdilər. (Bir gör), Məni inkar etmək necədir!
Sabirə Dünyamalıyeva:
Onlardan əvvəlki kəslər təkzib etmişdilər. Həm bunlar, onlara verdiklərimizin onda birinə/mində birinə belə yetişməmişdilər. Buna baxmayaraq elçilərimi təkzib etdilər. Bax, Məni tanımamaq/tanıtmamağa çalışmaq necə oldu?