Əlixan Musayev:
Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Çünki Allah öz bəndələrini görəndir!
Elmir Quliyev
:
Если бы Аллах стал наказывать людей за то, что они приобретают, то Он не оставил бы на ее (земли) поверхности ни единого живого существа, но Он предоставляет им отсрочку до назначенного срока. Их срок настанет, и Аллах видит Своих рабов.
Ələddin Sultanov:
Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah qullarını görür.
Kerbelayi Malik ağa:
Əgər Allah insanları qazandıqları şeylər səbəbiylə cəzalandırsaydı, yer üzündə dabbə (canlı) qalmazdı. Lakin təyin olunmuş bir zamana qədər onlara möhlət verər və əcəlləri gəldiyi zaman haqq-hesaba çəkər. Şübhəsiz ki, Allah qullarını görəndir.
Ələsgər Musayev:
Əgər Allah tutsaydı insanları nə ilə kəsb ediblər, O tərk
etməzdi onun zahirində bir canlı. Lakin O təxirə salır onları
tərəfinə əcəlin toxunanın. Onda ki, gələr əcəli onların...
Həqiqətən, Allah oldu Öz bəndələri ilə Bəsir!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)
Kövsər Tağıyev:
Əgər Allah insanları qazandıqları səbəbi ilə dərhal cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) buraxmazdı. Lakin onları müəyyən bir vaxta qədər gecikdirir. Nəhayət, onların vaxtı yetişdikdə (hər kəsə öz əməlinin qarşılığını verər). Çünki Allah qullarını haqqı ilə görür.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah insanlara kəsb etdikləri (günahlara) görə (tez) cəza vermək (istəsəydi), onda yer üzündə bir canlı belə qoymazdı. Lakin O, onlara müəyyən olunmuş vaxta qədər möhlət verir. Vaxtları çatanda isə, axı Allah Öz bəndələrini görür.
Sabirə Dünyamalıyeva:
Və əgər Allah, qazandıqları şeylər səbəbindən insanları sorğu-sual edib cəzalandırsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən bir müddətə qədər möhlət vermişdir. Nəhayət bu müddət başa çatdıqda, artıq şübhəsiz ki, Allah, Öz bəndələrini ən yaxşı görəndir.