Əlixan Musayev:
Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.
Bünyadov-Məmmədəliyev:
Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.
Elmir Quliyev
:
Когда поминают одного лишь Аллаха, содрогаются от отвращения сердца тех, которые не веруют в Последнюю жизнь. А когда поминают тех, которые ниже Него, они радуются.
Ələddin Sultanov:
Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.
Kerbelayi Malik ağa:
Allahın vəhdaniyyəti zikr edildiyi zaman, axirətə iman etməyənlərin qəlbləri nifrətlə ürpərər. Ondan (Allahdan) başqası zikr edildiyi zaman onlar sevinərlər.
Ələsgər Musayev:
Onda ki, yad edirlər Allahı Vahid olaraq, o
kəslər ki, axirətə inanmırlar, qəlblərində acıqları gəlir. Və onda
ki, yad edirlər Ondan başqalarını, onda ki, onlar bəşarətlənirlər.
A.Mehdiyev və D.Cəfərli:
Allahın təkliyi zikr edilən zaman axirətə imanı olmayanların qəlblərində ikrah və nifrət yaranar. Ondan qeyriləri (bütlər) yada salınan zaman isə birdən sevinərlər.
Kövsər Tağıyev:
Allah bir tək (ilah) olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri sıxılar. Allahdan başqaları (ilahları) anıldığı zaman sevinərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah bir olaraq anıldıqda axirətə inanmayanlann ürəklərindən bir nifrət qopar, Ondan başqası yad edildikdə isə sevinib fərəhlənərlər.
Sabirə Dünyamalıyeva:
Və Allah "tək" olaraq anıldığı zaman axirətə inanmayan insanların qəlblərinə nifrət dolur, Onun altındakılardan olan kəslər anıldığı zaman dərhal üzləri gülür.