Əlixan Musayev:
Biz Musaya da Kitab verdik, lakin onun barəsində ixtilaf düşdü. Əgər sənin Rəbbinin öncə buyurduğu Söz olmasaydı, onların arasında hökm verilmiş olardı. Həqiqətən, (kafirlər) onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Biz Musaya da kitab vermişdik və onun (Tövratın) barəsində də ixtilaf düşmüşdü. (Ya Peyğəmbər!) Əgər sənin Rəbbinin (cəzanın qiyamət gününə qədər təxirə salınması haqqındakı) öncə buyurduğu bir söz olmasaydı, dərhal işləri bitmiş olardı (dünyada ikən əzabı dadardılar). Həqiqətən, (müşriklər Quran) barəsində çox dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər!
Elmir Quliyev
:
Мы даровали Мусе (Моисею) Писание, но по его поводу возникли разногласия. И если бы не было прежде Слова от твоего Господа, то спор их был бы решен. Воистину, они испытывают смутные сомнения относительно него (Корана).
Ələddin Sultanov:
Biz Musaya da kitab vermişdik. Ancaq onun barəsində ixtilafa düşdülər. Əgər daha öncə sənin Rəbbin tərəfindən (əzabın təxirə salınması barəsində) verilmiş bir söz olmasaydı, əlbəttə, onların arasında hökm verilmiş olardı. Həqiqətən, onlar o (Quran) barəsində dərin bir şübhə içindədirlər.
Kerbelayi Malik ağa:
And olsun ki, Musa (ə.s)ə kitab verdik. Lakin onun barəsində ixtilafa düşdülər. Rəbbinin öncə buyurduğu söz olmasaydı, onların arasında (dərhal) hökm verilərdi. Şübhəsiz ki, onlar ondan mütləq şəkk-şübhə içində olanlardır.
Ələsgər Musayev:
Əlbəttə, əta etdik Musaya kitabı
və ixtilaf etdilər onda. Əgər qabaqcadan Rəbbindən sənin
kəlmə olmasaydı, qəzavat olardı arasında onların. Həqiqətən,
onlar şəkdədir ondan, şübhədədirlər.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Biz Musaya (səma) kitab(ı) verdik. Beləliklə onun (qövmünün arasında kitabın qəbul edilməsi) barəsində ixtilaf düşdü. Əgər Rəbbin (tərəfin)dən keçmiş (hər bir ümmət üçün bir möhlətin olması barəsində əzəli elmdən keçərək Lövhi-Məhfuzda yazılmış) o söz olmasaydı, onların arasında (inkar edən kimi) mütləq (kütləvi əzab) hökm(ü) çıxarılardı. Doğrudan da onlar (həmin gün) Tövrat barəsində şübhə və tərəddüd doğuran şəkk içərisində idilər. Bunlar da (bu gün) Qur’an barəsində şübhə və tərəddüd doğuran şəkk içərisindədirlər.
Kövsər Tağıyev:
And olsun! Biz Musaya Kitabı (Tövratı) vermişdik, onda ixtilafa düşmüşdülər. Əgər (əzabın gecikdirilməsi haqqında əzəldə) Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Şübhəsiz, onlar Qur`an haqqında dərin bir şübhə içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musaya Kitab bəxş etmişdik, onun barəsində isə ixtilaf düşdü. Əgər öncədən sənin Rəbbindən bir söz [qiyamətə qədər möhlət vədi] gəlməsəydi, onların arasında artıq hökm verilmiş olardı. Onlar həqiqətən də onun [Quran] barəsində şəkk-şübhə içərisindədir.
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz Musaya Kitabı vermişdik, ancaq onun barəsində ixtilaf edilmişdi. Əgər Rəbbin tərəfindən verilmiş Söz olmasaydı, həqiqətən aralarında [hökm] verilmiş olardı. Və şübhəsiz ki, onlar, bunun [Quran] barəsində həqiqətən şübhə içindədirlər və əskik məlumata sahibdirlər.