Qələm Surəsi 45. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Hələlik) Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox güclüdür.
Bünyadov-Məmmədəliyev:
Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.
Elmir Quliyev :
Я даю им отсрочку, ведь хитрость Моя несокрушима.
Ələddin Sultanov:
Mən onlara möhlət verirəm. Həqiqətən, Mənim fəndim (əzabım) çox güclüdür.
Kerbelayi Malik ağa:
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim hiyləm çox güclüdür.
Ələsgər Musayev:
Onlara möhlət verərəm. Həqiqətən, Mənim fəndim mətindir.
A.Mehdiyev və D.Cəfərli:
Mən onlara möhlət verirəm (ki, günahları bədbəxtlikləri ən son həddə yetişsin) həqiqətən, Mənim məkrim tədbirim möhkəm sabitdir.
Kövsər Tağıyev:
Onlara möhlət verirəm. Şübhəsiz, mənim tələm möhkəmdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən onlara möhlət verirəm. Mənim tədbirim isə çox möhkəmdir.
Sabirə Dünyamalıyeva:
Mən onlara möhlət verirəm; vaxt verirəm, çünki Mənim planım çətindir/möhkəmdir.