Əlixan Musayev:
Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız!
Elmir Quliyev
:
О те, которые уверовали! Когда вы сталкиваетесь с отрядом, то будьте стойки и многократно поминайте Аллаха, — быть может, вы преуспеете.
Ələddin Sultanov:
Ey iman gətirənlər, hər hansı (kafir) bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Kafir bir dəstə ilə qarşılaşdığınız zaman möhkəm durun və Allahı çox zikir edin ki, nicat tapasınız.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, dəstə ilə qarşılaşdınız, sabit olun və Allahı çoxlu yad edin, ola ki, nicat tapasınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız.
Kövsər Tağıyev:
Ey iman edənlər! (Savaş üçün) bir dəstə ilə qarşılaşdığınız zaman səbat edin və Allahı çox zikr edin ki, qurtuluşa nail olasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Əgər bir dəstə (döyüşdə) üz-üzə gəlsəniz, möhkəm durun və Allahı çox xatırlayın ki, bəlkə siz uğur qazanasınız.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Bacarmaq/zəfər qazanmaq üçün, bir dəstəylə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın.