Əlixan Musayev:
O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)”.
Elmir Quliyev
:
Он сказал: "О Нух (Ной)! Он — не частица твоей семьи, и такой поступок не является праведным. Не проси Меня о том, чего не ведаешь. Воистину, Я призываю тебя не быть одним из невежд".
Ələddin Sultanov:
Allah buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
Kerbelayi Malik ağa:
(Allahu Təala) belə buyurdu: ‘Ey Nuh! Şübhəsiz ki, o, sənin ailəndən deyil. Şübhəsiz ki, onun etdiyi saleh olmayan bir əməldir. Elə isə haqqında bir elmin (məlumatın) olmayan şeyi Məndən istəmə. Şübhəsiz ki, Mən sənə cahillərdən olmayasan deyə öyüd verirəm.’
Ələsgər Musayev:
Dedi: «Ay Nuh! Həqiqətən, o, sənin əhlindən deyil.
Həqiqətən, o qeyri saleh əməldir. Onu ki, bilmirsən, onun
barəsində Mənə sual etmə. Həqiqətən, Mən sənə nəsihət edirəm
ki, cahillərdən olmayasan»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm.»
Kövsər Tağıyev:
Allah: “Ey Nuh! O, əsla sənin ailəndən deyil. Onun etdiyi yaxşı bir iş deyil. Elə isə bilmədiyin şeyi məndən istəmə. Mən sənə cahillərdən olmamağı nəsihət edirəm”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah) dedi: "Ey Nuh, o, əslində sənin ailəndən deyildir, o, bəd əməldir. Bilmədiyin bir şeyi Məndən istəmə. Sənə öyüd-nəsihət verirəm ki, cahil olmayasan!"
Sabirə Dünyamalıyeva:
Allah: "Ey Nuh! Şübhəsiz ki, o sənin əhlindən deyil. Şübhəsiz ki, o, saleh olmayan bir işdir/o, saleh olmayan bir əməl işləmişdir. Haqqında məlumatın olmayan bir şeyi Məndən istəmə! Şübhəsiz ki, Mən, səni, cahillərdən [biri] olmaqdan çəkindirirəm" dedi.