Əlixan Musayev:
(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.
Bünyadov-Məmmədəliyev:
(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!)
Elmir Quliyev
:
Они строили свои козни, но их козни были у Аллаха. А ведь козни эти могли сдвинуть горы (или не могли сдвинуть горы).
Ələddin Sultanov:
Hiylələri Allaha məlum olduğu halda onlar hiylə qurmuşdular. Halbuki onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir.
Kerbelayi Malik ağa:
Onlar hiylə qurmuşdular. Onların hiylələri Allahın dərgahındadır, onların hiylələri dağları yox edəcək (gücdə) olsa belə...
Ələsgər Musayev:
Məkr etdilər öz məkrləri ilə və Allah
yanındadır onların məkrləri və əgər onların məkrlərindən dağlar
hərəkətə gələn olsaydı belə.
A.Mehdiyev və D.Cəfərli:
Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır.
Kövsər Tağıyev:
Onlar həqiqətən, hiylələrini qurmuşdular. Hiylələri səbəbi ilə dağlar yerindən oynasa belə, onların hiyləsi Allah qatındadır (Allah onu bilir).
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar öz məkrlərini işlətdilər. Məkrlərindən dağlar yox olub getsə belə, onların məkrləri Allah dərgahında (bəlli)dir.
Sabirə Dünyamalıyeva:
Və həqiqətən onlar, hiylələrini qurdular. Onların hiylələri, Allahın yanındadır. Hiylələri, dağları yerindən oynadacaq olsa belə...