Əlixan Musayev:
(Atası )dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
Bünyadov-Məmmədəliyev:
(Atası Azər İbrahimə) dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!”
Elmir Quliyev
:
Он сказал: "Неужели ты отворачиваешься от моих богов, Ибрахим (Авраам)? Если ты не перестанешь, то я непременно побью тебя камнями. Оставь же меня надолго!"
Ələddin Sultanov:
Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!”
Kerbelayi Malik ağa:
(İbrahimin (ə.s) atası belə) dedi: ‘Ey İbrahim! Sən mənim ilahlarıma rəğbət etmirsənmi? Əgər sən (bundan) əl çəkməzsənsə, mütləq səni daşqalaq edəcəm. Uzun müddət məndən uzaqlaş.’
Ələsgər Musayev:
Dedi: «Ə, sən üz döndəribsən
mənim ilahilərimdən, ay Ibrahim? Əgər əl çəkməyəsən, səni
daşa basarıq. Bir müddət məndən uzaq ol!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
Kövsər Tağıyev:
Atası: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər bu işdən əl çəkməsən, səni mütləq daşqalaq edərəm. Uzun bir müddət məndən uzaqlaş!” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Atası dedi: "Sən mənim tanrılarımdan imtinamı edirsən, ey İbrahim? Əgər (bu işindən) əl çəkməsən, səni mən daşqalaq edərəm. Uzun müddətə məni tərk et!"
Sabirə Dünyamalıyeva:
Atası: "Ey İbrahim! Sən mənim məbudlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni daşqalaq edərək öldürərəm. Haydı, uzun bir müddət məndən uzaq ol/rədd ol!" dedi.