Ənbiya Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən zalım olmuşuq”– deyərlər.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)” deyəcəklər.
Elmir Quliyev :
А если их коснется дуновение кары твоего Господа, то они непременно скажут: горе нам! Воистину, мы были несправедливы!"
Ələddin Sultanov:
Əgər Rəbbinin əzabının cüzi bir hissəsi onlara toxunsa, heç şübhəsiz: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - deyəcəklər.
Kerbelayi Malik ağa:
Əgər onlara Rəbbinin əzabından bir əsinti (yel) toxunarsa, mütləq: ‘Bizə yazıqlar olsun, həqiqətən biz zalımlar olduq.’ deyərlər.
Ələsgər Musayev:
Əgər toxuna onlara Rəbbinin əzabından bir az, deyərlər: «Vay olsun bizə! Həqiqətən, biz, zalimlər olduq!»
A.Mehdiyev və D.Cəfərli:
Əgər Rəbbinin əzabından onlara azacıq toxunsa, şübhəsiz, «vay olsun bizə, həqiqətən biz zalım idik» deyəcəklər.
Kövsər Tağıyev:
And olsun, əgər Rəbbinin əzabından onlara xəfif bir yel toxunsa, mütləq: “Vay halımıza! Həqiqətən, biz zalım kəslər olmuşuq”, deyəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara sənin Rəbbinin verəcəyi əzabdan kiçik bir əsər-əlamət belə toxunarsa, hökmən deyərlər: “Vay halımıza! Biz, həqiqətən, haqsız olmuşuq”
Sabirə Dünyamalıyeva:
şübhəsiz, Rəbbinin əzabından bir yel onlara toxunsa, mütləq "Vay halımıza! Şübhəsiz ki, biz səhv; öz zərərlərinə olan əməli işləyənlərmişik" deyəcəklər.