Əlixan Musayev:
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalımların aqibətini) qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur.
Bünyadov-Məmmədəliyev:
Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).
Elmir Quliyev
:
Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди.
Ələddin Sultanov:
Onlar yer üzündə dolaşmadılarmı ki, bunun sayəsində onların düşünən qəlbləri, yaxud eşidən qulaqları olsun?! Şübhəsiz, gözlər yox, sinələrdəki qəlblər kor olur.
Kerbelayi Malik ağa:
Onlar yer üzündə gəzib dolaşmadılarmı ki onların ağıl işlətdikləri qəlbləri və onunla eşitdikləri qulaqları olsun. Baş gözləri kor olmaz. Lakin sinələrdəki qəlb gözü kor olar.
Ələsgər Musayev:
Ə, ərzdə seyr etmirlərmi ki,
onunla əql edən qəlbləri olsun, ya eşidən qulaqları? Həqiqətən,
bunların gözlər kor deyil, lakin ürəklərində olan qəlbləri
kordur!
A.Mehdiyev və D.Cəfərli:
Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.
Kövsər Tağıyev:
Yez üzündə gəzib dolaşmadılarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun?! (Gəzib dolaşdılar, amma ibrət almadılar.) Çünki əslində kor olan gözlər deyil, sinələrdəki qəlblərdir (qəlb gözləridir).
M.Qənioğlu və T.Bilaloğlu:
Bir onlar yer üzünü gəzib dolaşmazlar ki, (olub keçənləri) ürəkləri ilə duyub, qulaqları ilə eşitsinlər? Əslində gözlər yox, sinələrdəki ürəklər kor olur.
Sabirə Dünyamalıyeva:
Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünənə qəlbləri və eşidən qulaqları olsun. Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki qəlblər kor olar.