Əlixan Musayev:
İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”.
Bünyadov-Məmmədəliyev:
Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! (Onlarla xoş rəftar edib ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlıqla cavab verin. Nalayiq işlər gördükdə nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təslim olmağa, cizyə verməyə məcbur edin!) Və (onlarla söhbət etdikdə) belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”
Elmir Quliyev
:
Если вступаете в спор с людьми Писания, то ведите его наилучшим образом. Это не относится к тем из них, которые поступают несправедливо. Скажите: "Мы уверовали в то, что ниспослано нам, и то, что ниспослано вам. Наш Бог и ваш Бог — один, и мы покоряемся только Ему".
Ələddin Sultanov:
Zülm edənləri istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübarizə aparın və deyin ki: “Bizə nazil olana da, sizə nazil olana da inanırıq. Bizimlə sizin ilahınız eyni ilahdır. Biz Ona təslim olmuşuq”.
Kerbelayi Malik ağa:
Kitab əhli ilə onlardan zülm edənlər istisna olmaqla, ən gözəl tərzdə mücadilə edin. ’Biz, bizə endirilənə və sizə endirilənə iman etdik. Bizim İlahımız və sizin İlahınız birdir (eynidir). Biz Ona təslim olanlarıq.’ deyin.
Ələsgər Musayev:
Kitab əhlindən zalim olan kəslərdən başqa, onlarla yaxşı tərzdə mücadilə edin və deyin: «Biz inandıq bizə nazil olan ilə və sizə nazil olan ilə. Bizim Ilahimiz və sizin Ilahiniz Vahiddir və biz Ona təslim olanlarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».
Kövsər Tağıyev:
Onlardan zülm edənlər istisna olmaqla, Kitab əhli ilə ancaq ən gözəl yolla mücadilə edin və (onlara) belə deyin: “Biz bizə endirilənə də, sizə endirilənə də iman etdik. Bizim ilahımız və sizin ilahınız birdir (eyni ilahdır). Biz sadəcə Ona təslim olanlarıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
İçərilərindəki haqsızlar istisna olmaqla Kitab əhli [yəhudi və xaçpərəstlər] ilə ancaq ən yaxşı bir yolla mübahisəyə girin və deyin: "Biz özümüzə nazil olana da, sizə nazil olana da inanınq. Bizim də tanrımız, sizin də tanrınız birdir və biz Ona itaət edirik."
Sabirə Dünyamalıyeva:
Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər istisna olmaqla, Kitab əhli ilə ancaq ən gözəl bir yolla mübarizə aparın və [onlara] belə deyin: "Biz, bizə nazil olana və sizə nazil olana inandıq. Bizim məbudumuz və sizin məbudunuz birdir. Biz, yalnız Allah üçün islamlaşdıran kəslərik."