Sad Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.
Bünyadov-Məmmədəliyev:
Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-nemətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər).
Elmir Quliyev :
Мы избрали их за то, что они искренне поминали Последнюю обитель.
Ələddin Sultanov:
Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onları (axirət) yurdunu zikr edən xalis (qullar) olaraq ixlas sahibi etdik.
Ələsgər Musayev:
Həqiqətən, Biz təmizlədik onları təmizliklə ev haqqında yad etməklə.
A.Mehdiyev və D.Cəfərli:
Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq xalislik sifəti ilə seçdik.
Kövsər Tağıyev:
Belə dedik: “Əlinə bir dəstə çubuq al onunla vur, andını pozma”. Həqiqətən, biz Əyyubu səbir edən bir kimsə olaraq gördük. O gözəl bir qul idi! O, Allaha çox yönələn bir kimsə idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onlara axirət evini anlamaq qabiliyyəti verdik.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, Biz onları "yurdu anmaq/azad vətən həsrəti çəkmək saflığıyla saflaşdırdıq, tərtəmiz bir hala gətirdik.