Mömin Surəsi 46. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onları səhər axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!
Bünyadov-Məmmədəliyev:
Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”
Elmir Quliyev :
Огонь, в который их ввергают утром и после полудня. А в День наступления Часа подвергните род Фараона самым жестоким мучениям!
Ələddin Sultanov:
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!” (Bu ayə təfsirçilər tərəfindən qəbir əzabının gerçək olduğuna dəlil göstərilmişdir.)
Kerbelayi Malik ağa:
O atəş ki, səhər-axşam ona məruz qalırlar. O saatın (qiyamətin) baş verəcəyi gün: ‘Firon ailəsini əzabın ən şiddətlisinə daxil edin!’ (deyilir).
Ələsgər Musayev:
od, göstərilərək gecə gündüz onda qalacaqlar o gün ayağa qalxma saatında... «Firaun ailəsini şiddətli əzaba daxil edin!»
A.Mehdiyev və D.Cəfərli:
Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir).
Kövsər Tağıyev:
(Elə bir) atəşdir ki, onlar səhər-axşam ona ərz olunarlar. Qiyamətin qopacağı gün: “Firon ailəsini əzabın ən şiddətlisinə atın”, deyiləcək.
M.Qənioğlu və T.Bilaloğlu:
gecə-gündüz düçar edildikləri od. O saatın [qiyamətin] gəldiyi gün isə (deyilər); “Firon əhlini ən şiddətli əzab içərisinə salın!"
Sabirə Dünyamalıyeva:
Onlar davamlı olaraq atəşə məruz qalırlar. Qiyamət qopduğu gün isə: "Fironun yaxınlarını ən şiddətli əzaba salın!"