Əlixan Musayev:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik.
Bünyadov-Məmmədəliyev:
Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.
Elmir Quliyev
:
Вслед за ними Мы отправили Ису (Иисуса), сына Марьям (Марии), с подтверждением истинности того, что было прежде в Таурате (Торе). Мы даровали ему Инджил (Евангелие), в котором было верное руководство и свет. Он подтвердил то, что прежде было ниспослано в Таурате (Торе). Он был верным руководством и назиданием для богобоязненных.
Ələddin Sultanov:
Onların ardınca, özündən əvvəlki Tövratı təsdiqləyən Məryəm oğlu İsanı göndərdik. Ona, müttəqilər üçün doğru yol və nəsihət olaraq özündən əvvəlki Tövratı təsdiqləyən və içində haqq yol və nur olan İncili verdik.
Kerbelayi Malik ağa:
Onların izləri üzərinə (eyni əsaslarla) Tövratdan əllərində olanı təsdiqedici olaraq Hz. Məryəmin oğlu İsanı göndərdik. Ona içində hidayət və nur olan, Tövratdan əllərində olanı təsdiq edən və müttəqilər (təqva sahibləri) üçün hidayət edici və öyüd-nəsihət verici olan İncili verdik.
Ələsgər Musayev:
Biz onların ardınca Isa Məryəm oğlunu ona qədər
Tövratdan olanı təsdiq edən göndərdik və əta etdik ona Incili -
onda hidayət və nur vardır və təsdiq edirdi ona qədər Tövratdan
olanı– və hidayətdir və nəsihətdir müttəqilər üçün!
A.Mehdiyev və D.Cəfərli:
Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.
Kövsər Tağıyev:
O peyğəmbərlərin izi ilə Məryəm oğlu İsanı önündəki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, önündəki Tövratı təsdiqləyən, Allaha qarşı gəlməkdən çəkinənlər üçün doğru yola yönəldən və bir öyüd olaraq İncili verdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların [peyğəmbərlərin] ardınca Biz Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində düz yol göstəricisi və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən və müttəqilər üçün düz bir yol göstəricisi və öyüd nəsihət olan İncili bəxş etdik.
Sabirə Dünyamalıyeva:
Və Biz o peyğəmbərlərin izlərinin üstünə [onların ardınca], yanlarındakı Tövratın içində olanları təsdiqləyən Məryəm oğlu İsanı gətirdik. Və ona, Tövratın içindəkiləri təsdiqləmək, Allahın mühafizəsi altına daxil olan kəslərə yol göstərmək və öyüd-nəsihət olmaq üçün, içində yol göstərən [hidayət] olan İncili verdik.