Əlixan Musayev:
O gün Biz dağları hərəkətə gətirəcəyik. (O vaxt) yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini (kənara) buraxmayacağıq.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq.
Elmir Quliyev
:
В тот день Мы заставим двигаться горы, и ты увидишь, что земля станет плоской. Мы соберем их всех и никого не упустим.
Ələddin Sultanov:
O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb (hamısını) bir yerə yığacağıq.
Kerbelayi Malik ağa:
O gün dağları hərəkətə gətirəcəyik və o gün yer üzünü aşkar olaraq görərsən. Onları (hüzurumuzda) toplayacağıq və (insanlardan) onlardan heç birini kənarda qoymayacağıq.
Ələsgər Musayev:
O gün ki, dağları seyr etdirərik, görərsən ərzi
hamar və onları bir yerə toplayarıq və onlardan bir kəsdən göz
örtmərik.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o gün(ü) ki, dağları (öz yerindən) hərəkətə gətirər (və məhv edər)ik və (o vaxt) yeri (bütün yer üzünü) hamar və aşkar görərsən. Və (o zaman) onları (ölüb yerə batmış bütün canlıları) toplayar və onlardan birini belə yerdə qoymarıq.
Kövsər Tağıyev:
Dağları hərəkət etdirəcəyimiz və yer üzünü bomboş və dümdüz bir halda görəcəyin günü bir düşün. Biz onları məhşərdə toplayarıq, onlardan heç birini buraxmarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz dağları hərəkətə gətirəcəyik, sən də yeri qabarmış şəkildə görəcəksən və Biz insanların heç birini buraxmadan hamısını bir yerə toplayacağıq.
Sabirə Dünyamalıyeva:
Və Bizim dağları hərəkətə gətirdiyimiz gün; və sən yer üzünü çıplaq/dümdüz görəcəksən. Və Biz onları bir yerə yığdıq. Beləcə, onlardan heç kimi [kənarda] qoymadıq.