Əlixan Musayev:
(İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
Bünyadov-Məmmədəliyev:
(İbrahim) belə cavab verdi: “Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır (çox lütfkardır, duamı qəbul edər).
Elmir Quliyev
:
Он сказал: "Мир тебе! Я буду просить моего Господа простить тебя. Воистину, Он снисходителен ко мне.
Ələddin Sultanov:
İbrahim dedi: “Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
Kerbelayi Malik ağa:
(İbrahim ə.s) dedi: ‘Sənə salam olsun!’ Sənin üçün Rəbbimdən məğfirət diləyəcəm. Çünki O, mənə çox lütfkardır.
Ələsgər Musayev:
Dedi: «Salam
olsun üzərində sənin! Istərəm sənin üçün Rəbbimdən
bağışlanmaq. Həqiqətən, O mənə qarşı mehriban oldu.
A.Mehdiyev və D.Cəfərli:
(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.
Kövsər Tağıyev:
İbrahim belə dedi: “Salamat qal! Rəbbimdən sənin üçün əfv diləyəcəyəm. Şübhəsiz, O, məni nemətləri ilə əhatə etmişdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
İbrahim dedi: “Sənə salam olsun! Mən öz Rəbbimdən səni bağışlamasını istəyəcəyəm. Axı O, mənə lütf edəndir.
Sabirə Dünyamalıyeva:
İbrahim: "Salam sənə olsun, sənin üçün Rəbbimdən əfv diləyəcəyəm. Şübhəsiz ki, O, mənə çox ətalar edəndir.