Əlixan Musayev:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.
Bünyadov-Məmmədəliyev:
Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!
Elmir Quliyev
:
О сыны Исраила (Израиля)! Помните о милости, которую Я оказал вам, а также о том, что Я возвысил вас над мирами.
Ələddin Sultanov:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə) aləmlərdən (digər insanlardan) üstün tutduğumu yada salın!
Kerbelayi Malik ağa:
Ey İsrail oğulları! Sizin üzərinizə bəxş etdiyim o nemətimi xatırlayın. Şübhəsiz ki, Mən sizi aləmlərdən üstün etdim.
Ələsgər Musayev:
Ay Israil oğulları! Zikr edin nemətimi, hansı ki nemət
vermişəm üzərinizə sizin. Və Mən fəzilətli etdim sizi üzərində
aləmlərin.
A.Mehdiyev və D.Cəfərli:
Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın.
Kövsər Tağıyev:
Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir zamanlar) sizi bütün aləmlərdən üstün tutduğumu xatırlayın.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey İsrail övladları ! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün tutduğumu xatırlayın.
Sabirə Dünyamalıyeva:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və şübhəsiz sizi aləmlərə üstün etdiyimi xatırlayın.