Əlixan Musayev:
Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir camaatsınız”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçün pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq). (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.
Elmir Quliyev
:
Они сказали: "Мы видим дурное предзнаменование в тебе и тех, кто с тобой". Он сказал: "Ваше дурное предзнаменование — у Аллаха, но вы являетесь народом, который подвергают искушению".
Ələddin Sultanov:
Onlar dedilər ki: “Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah tərəfindəndir. Xeyr, siz sınağa çəkilən bir qövmsünüz”. (Qövmü Saleh peyğəmbəri təkzib etdiyi zaman Allah-Təala onları qıtlığa düçar etmişdi. Onlar da bunu “uğursuzluq” adlandırmışdılar.)
Kerbelayi Malik ağa:
‘Sən və səninlə birlikdə olanlar bizə uğursuzluq gətirdiniz.’ dedilər. (Saleh ə.s): ‘Sizin uğursuzluğunuz Allahın dərgahındadır. Xeyr, siz fitnəyə düşmüş bir qövmsünüz.’ dedi.
Ələsgər Musayev:
Dedilər: «Biz səni və o kəs ki, səninlədir, quş ilə mühakimə etdik». Dedi: «Sizin quşunuz Allah yanındadır. Bəli, siz sınaqda olan qoumsunuz!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «(Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)».
Kövsər Tağıyev:
Onlar: “Sən və səninlə birlikdə olanlar ucbatından uğursuzluğa düçar olduq”, – dedilər. Salih: “Sizin uğursuzluğunuzun səbəbi Allah qatında (yazılı)dır. Əslində siz sınağa çəkilməkdə olan bir qövmsünüz”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Biz sənin və səninlə olanların ucbatından uğursuzluğa düçar olduq." O isə: "Sizin uğursuzluğunuz Allahdandır, siz imtahana çəkilən adamlarsınız." - dedi.
Sabirə Dünyamalıyeva:
Onlar, "Sənin ucbatından və səninlə birgə olan kəslər ucbatından başımıza uğursuzluq gəldi/səni və səninlə birgə olanları nəhs sayırıq" dedilər. Saleh, "Uğursuzluğunuz Allah yanındadır. Daha doğrusu siz, özünü oda atan/sınağa çəkilən bir camaatsınız" dedi.