Ənkəbut Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləcə, (bu) Kitabı sənə nazil etdik. Kitab verdiyimiz şəxslər ona iman gətirirlər. Onların arasında ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.
Bünyadov-Məmmədəliyev:
(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Quranı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (Tövrat) verdiyimiz şəxslər ona (Qurana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!
Elmir Quliyev :
Так Мы ниспослали тебе Писание. Те, кому Мы даровали Писание, веруют в него. И среди этих (современников Пророка Мухаммада из числа людей Писания) есть такие, которые веруют в него (Коран), и только неверующие отвергают Наши знамения.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Beləcə, kitabı sənə nazil etdik. Kitab verdiklərimiz ona (Qurana) inanırlar. Bunlardan (ərəblərdən) ona inananlar da var. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər.
Kerbelayi Malik ağa:
Beləcə sənə Kitabı nazil etdik. Kitab verdiyimiz kəslər Ona inanarlar. Bunlardan Ona (Qurani Kərimə) inananlar vardır. Kafirlərdən başqası ayələrimizi bilə-bilə inkar etməz.
Ələsgər Musayev:
Beləliklə nazil etdik sənə kitabı. O kəslər ki, əta etmişik onlara kitab, inanırlar onunla. Bunlardan var o kəs ki, inanır onunla. Ayətlərimizlə Bizi danırlar, ancaq kafirlər.
A.Mehdiyev və D.Cəfərli:
(Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.
Kövsər Tağıyev:
Beləliklə, biz sənə kitabı nazil etdik. Kitab verdiklərimiz ona inanırlar. Onlardan (Kitab əhlindən səninlə çağdaş olanlardan) da ona inananlar var. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə, Biz sənə Kitab [Quran] nazil etdik. Kitab bəxş etdiklərimiz ona iman gətirirlər, bunlardan da ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.
Sabirə Dünyamalıyeva:
bax beləcə Biz, sənə Kitabı nazil etdik özlərinə Kitab verdiyimiz kəslər Qurana inanırlar. əhli-kitabın xaricindəkilərdən/ərəblərdən inananlar var. Bizim ayələrimizi ancaq kafirlər [Allahın məbud rəbb olduğunu bilərək ört-basdır edən kəslər] bilə-bilə rədd edər.