Ali-İmran Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”.
Bünyadov-Məmmədəliyev:
(Məryəm: ) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.
Elmir Quliyev :
Она сказала: "Господи! Как я могу иметь сына, если меня не касался ни один мужчина". Он сказал: "Так Аллах творит, что пожелает! Когда Он принимает решение, то Ему стоит лишь сказать: “Будь!” как это сбывается.
Ələddin Sultanov:
Məryəm dedi: “Ey Rəbbim! Mənə heç bir bəşər (kişi) toxunmadığı halda necə uşağım ola bilər?” Allah dedi: “Elədir, (ancaq) Allah dilədiyini yaradar! O, bir işin olmasına hökm etdiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
Kerbelayi Malik ağa:
(Hz. Məryəm): ‘Rəbbim, mənim övladım necə ola bilər? Mənə bir bəşər toxunmadı’ dedi. (Allah belə buyurdu): ‘Allah dilədiyini belə yaradar. Bir əmrin (işin) olmasını təqdir etdiyi zaman yalnız ona ‘ol!’ deyər, o dərhal olar.’
Ələsgər Musayev:
Dedi: «Rəbbim! Olacaqmı mənim üçün övlad mənə toxunmayıb bəşər?» Dedi: «Belədir Allah xəlq edər, ki, istəyər. Onda ki, O qəzavat edər bir işə həqiqətən, deyər onun üçün: “Ol!” olar!»
A.Mehdiyev və D.Cəfərli:
(M?ry?m) dedi: «Ey R?bbim, m?n? hec bir b?s?rin toxunmad?g? halda m?nim nec? ovlad?m ola bil?r?!» Dedi: «El?dir. Allah ist?diyini yarad?r, bir seyin olmas?n? q?ti s?kild? ist?y?nd? ona yaln?z «ol» deyir, bel?likl? (d? h?min sey) d?rhal olur».
Kövsər Tağıyev:
(Məryəm): “Ey Rəbbim! Mənə bir bəşər toxunmadığı halda mənim necə övladım olar?” dedi. Allah: “Elədir, amma Allah istədiyini yaradar. O, bir şeyin olmasını istədikdə ona sadəcə “ol” deyər, o da dərhal olar”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Məryəm dedi: “Ey Rəbbim! Mənə heç bir insan əli toxunmadığı halda haradan uşağım ola bilər?" Allah dedi: "Elədir, (lakin) Allah istədiyini yaradır. Bir şey (yaratmaq) qərarına gələrsə, ona "Ol !"- deyər, o da olar.
Sabirə Dünyamalıyeva:
Məryəm: "Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda, mənim üçün uşaq necə ola bilər?" dedi. Allah dedi: "Elədir! Allah dilədiyi şeyi əmələ gətirər; O, bir işin olmasını qərara aldıqda, onun üçün 'Ol!' deyər, o da dərhal olar.