Əhzab Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır.
Bünyadov-Məmmədəliyev:
Möminlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!
Elmir Quliyev :
Сообщи же верующим благую весть о том, что для них у Аллаха есть великая милость.
Ələddin Sultanov:
Möminlərə müjdə ver ki, onlar üçün Allah tərəfindən böyük bir lütf vardır.
Kerbelayi Malik ağa:
Möminləri müjdələ! Şübhəsiz ki, onlar üçün Allahdan böyük fəzl vardır.
Ələsgər Musayev:
Bəşarət ver inananlara ki, həqiqətən, onlar üçün Allahdan böyük üstünlük var.
A.Mehdiyev və D.Cəfərli:
Möminlərə müjdə ver ki, onlar üçün (dünyada axirətdə) Allah tərəfindən böyük bir lütf bəxşiş vardır.
Kövsər Tağıyev:
Möminləri müjdələ ki, Allahdan onlar üçün böyük bir lütf var.
M.Qənioğlu və T.Bilaloğlu:
Möminlərə müjdə ver ki, onlar üçün Allahdan böyük bir lütf vardır.
Sabirə Dünyamalıyeva:
Sən inananlara, onlar üçün həqiqətən Allahdan böyük bir bəxşiş olduğunu müjdələ.