Əlixan Musayev:
O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qurtara bilərsinizmi?”– deyəcəklər.
Bünyadov-Məmmədəliyev:
O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz (dünyada) sizə tabe idik. İndi siz cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!”
Elmir Quliyev
:
Когда они будут препираться друг с другом в Огне, слабые скажут тем, которые превозносились: "Мы следовали за вами. Не избавите ли вы нас от доли Огня?"
Ələddin Sultanov:
Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən sovuşdura bilərsinizmi?” - deyəcəklər.
Kerbelayi Malik ağa:
Onlar atəşin içində bir-birləriylə mübahisə edərkən zəif olanlar təkəbbürlənənlərə: ‘Həqiqətən biz sizə tabe olduq. İndi siz atəşdən nəsibimizi bizdən dəf edə bilərsinizmi?’ deyərlər.
Ələsgər Musayev:
Və onda onlar odda höcətləşərlər. O kəslər ki, zəifdirlər,
təkəbbürlülərə deyərlər: «Həqiqətən, biz olduq sizin üçün
tabelər. Bizim odumuzdan bir az azaltmayacaqsınızmı?»
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o zaman(ı) ki, onlar odun içində bir-birləri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: «Həqiqətən biz sizin arxanızca gedirdik. Belə isə siz odun bir hissəsini bizdən dəf edə bilərsinizmi?
Kövsər Tağıyev:
Atəşin içində bir-biriləri ilə mübahisə edərkən zəif olanlar təkəbbür göstərənlərə: “Biz sizə tabe olan kimsələr idik. İndi bu atəşin bir qismini üstümüzdən götürə bilərsiniz?” – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Budur, onlar od içərisində höcətləşirlər. Gücsüzlər təkəbbürlülərə [öz başçılarına] deyirlər "Axı biz sizin ardınızca gedirdik, siz (heç olmasa) odun bir qismin üzərimizdən qaldıra bilərsinizmi?"
Sabirə Dünyamalıyeva:
Və onlar, atəş içində bir-birləriylə mübahisə edərkən, zəif olanlar, özlərini yuxarı tutanlara deyərlər: "Şübhəsiz ki, bizlər sizə tabe olan kəslər idik. İndi siz bizdən, atəşin bir hissəsi dəf edə bilirsinizmi?" deyərlər.