Zuxruf Surəsi 47. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa) dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər.
Bünyadov-Məmmədəliyev:
(Musa) möcüzələrimizi onlara gətirər-gətirməz onlar bu möcüzələrə lağ edib gülmüşdülər.
Elmir Quliyev :
Когда же он явился к ним с Нашими знамениями, они стали смеяться над ними.
Ələddin Sultanov:
Musa möcüzələrimizi onlara göstərdiyi zaman onlar buna gülmüşdülər.
Kerbelayi Malik ağa:
Lakin (Musa ə.s) ayələrimizi (möcüzələrimizi) gətirdiyi zaman onlara (möcüzələrə) gülürdülər (lağ edirdilər).
Ələsgər Musayev:
Amma elə ki, gəldi onlara ayətlərimizlə, onda onlar məzhəkə etdilər ondan.
A.Mehdiyev və D.Cəfərli:
Elə ki, onlara Bizim ayələrimizi gətirdi, onlar birdən onlara (ayələrimizə məsxərə edib) güldülər.
Kövsər Tağıyev:
(Musa) möcüzələrimizi onlara gətirdikdə, bir görərsən, o möcüzələrə gülürlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, möcüzələrimizi onlara gətirdikdə onlar möcüzələrimizi lağa qoyub güldülər.
Sabirə Dünyamalıyeva:
Sonra da Musa ayələrimizi/işarətlərimizi/nişanələrimizi onlara göstərdikdə, onlar həmin ayələrə gülmüşdülər.