Əlixan Musayev:
De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?”
Bünyadov-Məmmədəliyev:
De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”
Elmir Quliyev
:
Скажи: "Как вы думаете, если наказание Аллаха поразит вас неожиданно или открыто, разве будет погублен кто-либо, кроме несправедливых людей?"
Ələddin Sultanov:
De: “Deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-aşkar gələrsə, zalım qövmdən başqasımı məhv edilər?!”
Kerbelayi Malik ağa:
(Ya Məhəmməd müşriklərə) de ki: ‘Siz (hər biriniz) özünüzü gördünüzmü? (halınızı, acizliyinizi anladınızmı?) Əgər Allahın əzabı qəflətən və ya açıqca gəlsə, zalımlar qövmündən başqasımı həlak edilər?’
Ələsgər Musayev:
De: «Ə, gördünüzmü əgər, Allahın əzabı sizə qəflətən, ya aşkar yetişdi, məgər həlakmı olacaq zalim qoumdan başqası?»
A.Mehdiyev və D.Cəfərli:
De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
Kövsər Tağıyev:
De ki: “Deyin görüm, Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalımlar qövmündən başqasımı həlak ediləcək?”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bir deyin görüm, sizə Allah əzabı qəflətən və ya açıq-açığına gələrsə, zalımlardan başqası məhv edilərmi?"
Sabirə Dünyamalıyeva:
De ki: "Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, şirk qoşaraq səhv edənlər; öz zərərlərinə əməl işləyənlər tayfasından qeyrisimi dəyişikliyə/məhvə məruz qalacaq?"