Hud Surəsi 48. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Sonra) deyildi: “Ey Nuh! Sənə səninlə birlikdə olan ümmətlərə Bizim (bəxş etdiyimiz) əmin-amanlıq bərəkətlərlə (gəmidən) en! Özlərinə bir (müddət) güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən üzücü bir əzaba düçar edəcəyimiz ümmətlər olacaqdır”.
Bünyadov-Məmmədəliyev:
(Sonra) belə deyildi: “Ey Nuh! Sənə səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-amanlıq bərəkətlər bəxş edilməklə (gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bəzi ümmətlərə (dünyada) dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar edəcəyik!”
Elmir Quliyev :
И было сказано: Нух (Ной)! Сходи на землю с миром от Нас, и да пребудет благословение над тобой и теми народами, которые с тобой! Но будут народы, которых Мы облагодетельствуем, после чего их постигнут мучительные страдания от Нас".
Ələddin Sultanov:
(Allah tərəfindən) deyildi: “Ey Nuh! Sənə səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər olacaqdır”.
Kerbelayi Malik ağa:
(Belə) deyildi: ‘Ey Nuh, sənə səninlə birlikdə olan ümmətlərə Bizdən bir salamatlıq bərəkətlərlə en! (Bəzi) ümmətlər (olacaq ki), onları mətalandıracağıq (faydalandıracağıq). Sonra onlara Bizdən əlim (ağrılı-acılı) əzab toxunacaq.’
Ələsgər Musayev:
Deyildi: «Ay Nuh! En salam ilə Bizdən bərəkət üzərinə sənin üzərinə ümmətlərin, kim ki, səninlədir. ümmətlər mətahlandırarıq onları, sonra toxunar onlara Bizdən ələmli əzab!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam bərəkətlərlə aşağı en. (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir. Sonra isə onlara (azğınlıqlarına küfrlərinə görə) Bizim tərəfimizdən ağrılı bir əzab yetişəcəkdir».
Kövsər Tağıyev:
Ona deyildi ki: “Ey Nuh! Sənə səninlə birlikdə olanlardan bir çox ümmətə bizdən bir əmin-amanlıq bərəkətlərlə (gəmidən) en. Hələ bəzi ümmətlər olacaq ki, biz onlara (dünyada) xoş gün-güzəran verəcəyik. Sonra da bizdən onlara ağrılı-acılı bir əzab toxunacaq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Deyildi: "Ey Nuh! Sənə səninlə olan millətlərdən (törəyəcək möminlərə) bizdən gələn əmin-amanlıqla, xeyir-dua ilə (gəmidən) en! Bəzi millətlər var ki, Biz onlara (bu dünyada) güzəran verəcəyik, sonra isə onlara (axirətdə) Bizim tərəfimizdən üzücü əzab dəyəcək".
Sabirə Dünyamalıyeva:
Deyildi ki: "Ey Nuh! Bizdən [sənə] bir salam səninlə birgə olanlardan gələcək ümmətlərə bir salam bolluq bəxş edilməklə gəmidən en." -Və gələcəkdə bir çox nemət verəcəyimiz, sonra da buna görə tərəfimizdən ağrılı bir əzaba düçar olacaq neçə-neçə ümmətlər var.-